Azərbaycan XİN-dən Pakistana dəstək

6sHqbqFyLhra2I4Ps956rE2mqVdPI8QdqaB9UDmd_1200

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

Bu barədə nazirlik məlumat yayıb.

“Pakistanın Bəlucistan əyalətində törədilmiş mənfur terror aktlarını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqına və hökumətinə səmimi həmrəylimizi ifadə edirik. Yaralananların tezliklə sağalmasını arzulayırıq. Bu çətin məqamda Pakistan ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə beynəlxalq səyləri qətiyyətlə dəstəklədiyimizi bir daha təsdiq edirik”, – məlumatda bildirilib.