Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Güllük kəndində qeydə alınıb.
Bu gün saat 21 radələrində Elmar Mənsumovun idarə etdiyi “Mercedes” markalı avtomobil Qax rayonunun Güllük kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada – 78 yaşlı Abdurahman Əliyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb və istintaq aparılır.