Qaxda baş verən qəzada yaralanan şəxslərin vəziyyəti açıqlanıb

1625636825_80bed4df-7364-34b7-b28f-2b9415f47c3c_850

Qaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qax Rayon Mərkəzi Xəstəxanasından bildirilib:

Qeyd olunub ki, fevralın 1-də, saat 12:45-də Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Onlardan 1994-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. 1961-ci il təvəllüdlü şəxsin isə müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir”, – məlumatda deyilir.