Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib

4pI3l7LwNnB5KMKRKH3iNf4hRy671V3MP1nyJObs_1200

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 1-2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir əvvəlcə Qəbələ rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra polis şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələ 314 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 206 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 17 nəfəri Vətən müharibəsi iştirakçısıdır.