Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri olacaq

images

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 7-də və 8-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Xia.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri olacaq