Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür

2Xcxwrh9vI0TCUsa7ZXQozyMvs7lnuaE6UsH7Qrw_1200

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür.

Xia.Az “Report”a istinadən xəbər verir ki, bu gün Ermənistana göndərilən taxılın ümumi çəkisi 560 tondur.

Daha sonra qatar “Böyük Kəsik” stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.