Aşan mikroavtobusda xəsarət alan şəxslərin son durumu məlum olub

gbx1lmA0YYeMOtp0z4cqHy15eiCh9qKPe6PzgZkO_1200

Qusarda aşan mikroavtobusda xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 4 fevral saat 13 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 4 nəfər (qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarın nahiyəsinin küt travması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib:

“Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib”.