Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

BDYPİ sürücülərə müraciət edib

Posted on 05 Fevral 202606 Fevral 2026 By admin

“Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün yol hərəkəti iştirakçılarını qaydalara ciddi şəkildə əməl etməyə və yollarda diqqətli olmağa çağırır. Müşahidələr də göstərir ki, kəskin və düşünülməmiş manevrlər, xüsusilə qəfil zolaq dəyişmələri, nəqliyyat vasitələri arasında zəruri interval və məsafə saxlanılmaması yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Belə davranışlar digər sürücülər üçün gözlənilməz və təhlükəli vəziyyət yaradır ki, bu da sonda ağır nəticələrə səbəb olur”.

Xia.Az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, hər hansı manevr zamanı dönmə işıqlarından istifadə edilməsi mütləqdir.

“Çünki vaxtında verilən siqnal digər yol hərəkəti iştirakçılarına yol şəraitini düzgün qiymətləndirməyə və təhlükəsiz qərar verməyə imkan yaradır.

Sürücülərdən qarşılıqlı hörmət nümayiş etdirməyi, tələskənliyə yol verməməyi, yol hərəkəti qaydalarına riayət etməyi, zəruri ara məsafəsi saxlamağı, manevrləri yalnız təhlükəsizliyə tam əmin olduqda həyata keçirməyi xahiş edirik. Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir iştirakçının məsuliyyətindən asılıdır”, – deyə müraciətdə vurğulanıb.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Qayınatasının şirkətindən verilmiş etibarnamə ilə vətəndaşların onminlərlə manatını ələ keçirdi
Next Post: “By Fateh” ictimai iaşə obyektində YOXLAMA
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme