Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.

Posted on 05 Fevral 202606 Fevral 2026 By admin

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11 840 manat olan optik naqil oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov müəyyən edilərək saxlanılıb. Onun törətdiyi qanunsuz əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Kriminal

Yazı naviqasiyası

Previous Post: “By Fateh” ictimai iaşə obyektində YOXLAMA
Next Post: Sabahın hava proqnozu – 06.02.2026
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme