Narkotiklə mübarizə maariflənmədən başlayır

270563

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 6 saylı və Yuxarı Aran qəsəbə tam orta məktəblərində şagirdlərlə narkomaniya və zərərli vərdişlərin fəsadlarına dair maarifləndirici görüşlər keçirilib.

Rayon polis şöbəsinin rəisi polis polkovniki Ceyhun Qurbanov şagirdlərə narkotik vasitələrin insan sağlamlığına, psixoloji durumuna göstərdiyi mənfi təsirləri barədə məlumat verib.

Bildirilib ki, gənclərin bu təhlükələr barədə erkən məlumatlandırılması onların düzgün həyat yolu seçməsində mühüm rol oynayır.Həmçinin kiberməkanda baş verən neqativ hallar və intenetdən təhlükəsiz istifadə, o cümlədən zərərli kontentlərin təsirinə məruz üalmamaq üçün tövsiyələr verilib.Sonda maraq doğuran suallar cavablandırılıb.