Məşhur avtomobil şousu yenidən efirə qayıdır
“The Grand Tour” avtomobil şousu ikiillik fasilədən sonra 2026-cı ildə yenidən efirə qayıdacaq.
Bu barədə “Variety” nəşri məlumat yayıb.
Layihənin aparıcı heyəti dəyişəcək: Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammondun yerlərini “YouTube”dakı “Throttle House” kanalının (3.4 milyon abunəçi) avtobloqerləri Tomas Holland və Ceyms Enqelsman, eləcə də ictimai nəqliyyat və qatarlar barədə videolar hazırlayan Frensis Burjua tutacaqlar.
Yenilənmiş şounun ilk mövsümü altı epizoddan ibarət olacaq. Aparıcılar Anqola səhrasında tırtıllı avtomobillərlə səyahət edəcək, Malayziyanın avtomobil mədəniyyətini araşdıracaq və Kaliforniyada yerli idman avtomobillərini sınaqdan keçirəcəklər. Şou əvvəlki kimi “Amazon Prime Video” platformasında yayımlanacaq.