Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Abbas Əraqçi: Azərbaycan və digər 6 region ölkəsinin səylərini yüksək qiymətləndiririk

Posted on 08 Fevral 202608 Fevral 2026 By admin

İran xarici işlər naziri Abbas ƏraqçiAzərbaycan və 6 region ölkəsinin bölgədə yaranmış gərginliyin aradan qaldırılması üçün səylərini yüksək qiymətləndirib, Tehran və Vaşinqton arasında danışıqları təşviq etmək yönündə rollarının önəmli olduğunu vurğulayıb. 

xia.az-ın İRNA-ya istinadən verdiyi xəbərə görə, İran XİN başçısı deyib ki, region ölkələri ilə məsləhətləşirlər, bu ölkələr özləri kömək etməyə çalışırlar. 

Abbas Əraqçi Azərbaycan, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir prezidentlərinin İran Prezidenti Məsud Pezeşkianla telefon danışıqlarının olduğunu xatırladıb: “Region ölkələrinin xarici işlər nazirləri ilə də çoxsaylı telefon danışıqlarım olub və olacaq. Biz region ölkələrinin xoşməramlılığına və səmimi səylərinə hörmətlə yanaşırıq. Bu ölkələrin gərginliyin azaldılmasında, ekstremal tədbirlərin qarşısının alınmasında və tərəfləri danışıqlara təşviq etməkdəki rolları çox təsirli olub. Region dövlətlərinin danışıqları dəstəkləməsi çox yaxşıdır və biz region ölkələri ilə məsləhətləşmələri davam etdirəcəyik”.

İran XİN başçısı region dövlətlərinin səylərinin İran-ABŞ danışıqlarında nəticə əldə edilməsində və əldə olunan razılaşmanın davamlılığında əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıb. 

Abbas Əraqçi İranın strateji tərəfdaşları olan Çin və Rusiya ilə də məsləhətləşmələri davam etdirdiklərini söyləyib: “Dünən müavinim Çin və Rusiya səfirləri ilə görüşdü. Biz onları danışıqların təfərrüatları, gedişatı barədə məlumatlandırdıq və onlarla məsləhətləşmələri davam etdirəcəyik”.

Dünya

Yazı naviqasiyası

Previous Post: Abbas Əraqçı: “Müharibəyə səbəb olsa belə, uranı zənginləşdirəcəyik”
Next Post: Təmirlə əlaqədar Bakı–Sumqayıt yolunda müvəqqəti məhdudiyyət tətbiq edilib – YENİLƏNİB
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme