Putin buna görə BƏƏ prezidentinə təşəkkür etdi

IMG_7862

Rusiya Prezidenti Vladimir Putin dünən gecə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

”Vladimir Putin general Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin saxlanılmasında göstərdiyi köməyə görə BƏƏ prezidentinə təşəkkür edib”, – Peskov bildirib.

Qeyd edək ki, general Alekseyevə sui-qəsd cəhdində iştirak edən 3 nəfərdən birinin BƏƏ-də ələ keçirildiyi açıqlanmışdı.