Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Tramp Ukrayna və İran üzrə diplomatik səylərə ABŞ hərbçilərini cəlb edib

Posted on 08 Fevral 202608 Fevral 2026 By admin

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə danışıqlara ABŞ Quru Qoşunları naziri Deniel Driskollu, Omanda İranla aparılan danışıqlara isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperi cəlb etmək qərarına gəlib.

xia.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.

Hər iki danışıqlar xətti ABŞ liderinin kürəkəni Cared Kuşnerin və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun məsuliyyət zonasındadır. Qeyd edilir ki, hərbi rəhbərlərin diplomatik prosesə cəlb edilməsi qərarı onların təcrübəsi, bilikləri və ya lazımi əlaqələrə malik olmaları ilə diktə edilə bilər.

“Həmçinin bu addım danışıq iştirakçılarına işarə etmək məqsədi daşıyır ki, ABŞ zərurət yaranarsa, daha sərt metodlara əl atmağa hazırdır. Bundan əlavə, bu addım Tramp administrasiyasının xarici siyasət və diplomatiya sahəsində ənənəvi metodlardan imtina etdiyinə dəlalət edir”, – deyə məlumatda vurğulanır.

Dünya

Yazı naviqasiyası

Previous Post: Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar
Next Post: Sabah külək əsəcək, duman olacaq
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme