Ağdaşda velosipeddən yıxılan kişi öldü

IMG_7915

Ağdaşda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

xia.az-ın məlumatına görə, hadisə Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Ə.Qədirov velosiped sürərkən yıxılıb.

Ə.Qədirov xəstəxanaya aparılarkən yolda ölüb. Onun epilepsiya xəstəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.