Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Bələdiyyələr tərəfindən təmin olunmayan yeddi təklif üzrə məhkəmələrdə iddia qaldırılıb

Posted on 09 Fevral 202609 Fevral 2026 By admin

“İl ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 81 711 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1 935) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 79 448 (97.2%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib”.

xia.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə öz əksini tapıb.

Qeyd olunub ki, normativ hüquqi aktların tələblərinə zidd olan 1 645 (2%) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib, 618 akt (0.8%) isə növbəti ilə qalıq keçib.

Vurğulanıb ki, verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 644 (0.79%) akt ləğv edilib, 950 (1.16%) akt dəyişdirilib, 44 (0.05%) təklif isə növbəti ilə qalıq keçib.

Bələdiyyələr tərəfindən təmin olunmayan 7 (0.008%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.

Həmçinin bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4 132 müraciətdən 3 618-nə (87%) baxılıb, 204-ü (5%) aidiyyəti üzrə göndərilib, 310 (8%) müraciət isə növbəti ilə qalıq keçib. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilərək dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilmiş təkliflər əsasında qanunvericiliyin tələblərinə zidd 53 bələdiyyə aktının hamısı ləğv edilib.

Sənədə əsasən, həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilib, 1 698 aktdan 697-si (41%) ləğv edilib, 950-si (56%) dəyişdirilib, 7 (0.4%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 44 (2.6%) təklif isə növbəti ilə qalıq keçib.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Üç min hektardan çox torpaqla bağlı qanunsuz bələdiyyə qərarları ləğv olunub
Next Post: İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme