Paşinyan: “Biz Azərbaycanla sülhün əldə olunmasına çox yaxınıq”

IMG_7957

Ermənistanın naş naziri Nikol Paşinyan İrəvan və Bakı arasındakı sülh danışıqlarını geri dönüşü olmayan proses hesab edir.

xia.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens ilə danışıqlar zamanı bildirib.

“Bizim təəssüratlarımız belədir. Bir neçə gün əvvəl Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevləgörüşüm zamanı da bunu bölüşmək fürsətim oldu ki, biz sülhün əldə olunmasına çox yaxınıq”, – deyə Paşinyan vurğulayıb.