Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Qayınatası maşın almadığı üçün arvadını döydü

Posted on 09 Fevral 202609 Fevral 2026 By admin

Saatlı rayonunda kişi arvadını döyüb.

xia.az-ın məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü Təvəkkül Ağayev (ad və soyad şərtidir) 2023-cü ildə ailə həyat qursa da, onların birgə nikahdan övladları olmayıb və buna görə cütlük müalicə almağa başlayıb.

Bundan bir qədər sonra Təvəkkül həyat yoldaşına deyib ki, atasından ona avtomobil almağı tələb etsin.

Təvəkkül bir gün axşam işdən evə qayıdıb və arvadından soruşub ki, atası maşın alır, ya yox.

Həyat yoldaşı isə Təvəkkülə söyləyib ki, bu barədə atasına heç bir söz deməyib. Qadın xahiş edib ki, bu istəyini ona özü bildirsin. Reaksiyadan əsəbiləşən Təvəkkül arvadı ilə mübahisə edib və qadını döyüb.

Bundan sonra qadın evi tərk edərək atasının evinə gedib və hadisə barədə polisə məlumat verib.

Müraciət əsasında polis əməkdaşları gələrək, T.Ağayevi saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə T.Ağayevə 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.

Hadisə

Yazı naviqasiyası

Previous Post: İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
Next Post: Pensiyaçılara MÜJDƏ: Gözlənilən sərəncam imzalandı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme