Suraxanıda iki nəqliyyat vasitəsi toqquşdu – Xəsarət alan var
Bakı şəhəri, Suraxanı rayonunda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
xia.az xəbər verir ki, Türkan qəsəbəsi istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobil ilə “Hyundai Tucson” markalı maşın toqquşub.
Hadisə nəticəsində VAZ-2107-nin sürücüsünün xəsarət aldığı bildirilib.