Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb

IMG_7976

Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb.

xia.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşların təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.

Araşdırmalarla məlum olub ki, C.Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb. Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.

C.Hüseynov bu üsulla altı təqaüdçünün ümumilikdə 2 389 manatını ələ keçirib.

Faktlarla bağlı araşdırma aparılır.

Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb