Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Minlərlə manat ödəndi, sənəd verilmədi – MTK ilə sakinlər üz-üzə

Posted on 10 Fevral 202610 Fevral 2026 By admin

Xırdalan şəhəri, “Abşeron City” Mənzil-Tikinti Kooperativinin yaşayış kompleksində yaşayan sakinlər bildirirlər ki, illər əvvəl yüksək məbləğdə pul ödəyərək ev alıblar. Onlara çıxarışların tezliklə veriləcəyi bildirilsə də, bu günə qədər hələ də həmin sənədlər təqdim olunmayıb.

“Sahib olduğum evi 2019-cu ildən kreditlə almışam. Bütün ödənişi tamamladıqdan sonra dedilər ki, çıxarış verəcəklər, amma hələ də verməyiblər. Dəfələrlə müraciət etmişik, dəqiq cavab ala bilmirik”, – sakinlərdən biri Baku TV-yə bildirib.

Başqa bir sakin isə belə deyib: “Gəncədəki evi satıb buraya gəldik, indi qalmışıq ortalıqda. Qeydiyyatda olmasam da, bütün ödənişlərimi vaxtında edirəm”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, hər bir Mənzil-Tikinti Kooperativinin (MTK) alıcıları qarşısında müəyyən öhdəlikləri var. Bu öhdəliklərdən biri də alıcıların müvafiq sənədlərlə təmin edilməsidir. Əgər MTK sakinləri lazımi sənədlərlə təmin etmirsə, onlar məhkəməyə müraciət edə bilərlər.

İcra Hakimiyyəti də bu məsələdə hüquqi yardım göstərməyə hazır olduğunu bildirib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir
Next Post: Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər – Paşinyan
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme