Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Ağcabədidə 19 bıçaq xəsarəti yetirilən yeddi yaşlı uşağın son durumu

Posted on 11 Fevral 202611 Fevral 2026 By admin

Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirovun vəziyyəti stabilləşib.

Bunu Oxu.Az-a açıqlamasında S.Bəşirovun atası Rəşad Bəşirov deyib.

O bildirib ki, uşağın müalicəsi hazırda Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir:

“Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər çox gəzməyə icazə vermir, hələlik xəsarətləri tam sağalmayıb. Həkim nəzarətində müalicələri aparılır”.

R.Bəşirov bildirib ki, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir:

“Hələlik hadisəni törədən şəxsin kimliyi dəqiq bilinmir. Cinayətdə adı hallanan 12 yaşlı uşaq isə ittihamları qəbul etmir. Ekspertizalar təyin olunub”.

Xatırladaq ki, fevralın 4-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində kənd sakini, 2019-cu il təvəllüdlü S.Bəşirov bıçaq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müayinə zamanı uşaqda 19 bıçaq xəsarəti müəyyən edilib və o, dərhal əməliyyata götürülüb.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Orta aylıq əmək haqqı 9,3% artdı
Next Post: Azər Qasımlıya cəza istənildi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme