Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır – ÖZƏL

Posted on 11 Fevral 202611 Fevral 2026 By admin

Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır.

Bu barədə Oxu.Az-a açıqlamasında Nəsimi Nəbizadə deyib.

O bildirib ki, hazırda bununla bağlı danışıqlar aparır: “Müalicədə olanda fikrim var idi ki, reabilitasiya mərkəzi açım. Müalicədən qayıdandan sonra bu barədə məsləhətləşmələr apardım və qərar verdim. Yaxın vaxtlarda bu layihəni reallaşdırmağa çalışacağam. Artıq bununla bağlı təkliflər də almışam, iki şirkətlə danışıqlar gedir. Yəqin ki, yaxın vaxtlarda razılıq əldə olunacaq və reabilitasiya mərkəzinin açılışını elan edəcəyik. Ümid edirəm ki, bu mərkəz narkotik və alkoqol asılılığından əziyyət çəkən bir çox şəxsə yardım edəcək”.

Qeyd edək ki, N.Nəbizadə bir müddət əvvəl “Qurtuluş” reabilitasiya mərkəzində müalicə alıb. 4 aylıq müalicədən sonra o, mərkəzi tərk edib. Hadisədən bir neçə gün sonra məlum oldu ki, Sumqayıt Şəhər Prokurorluğu adıçəkilən mərkəzdə araşdırmalar aparıb və orada aşkarlanan qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə “Qurtuluş” reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov və müəssisənin iki əməkdaşı saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: İcra hakimiyyətlərində bəzi şəxslər üç vəzifəni icra edəcəklər – ÖZƏL
Next Post: Qardaşı oğlunu çəkiclə öldürən şəxsə hökm oxundu
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme