Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Azərbaycanda bu yüksək vəzifə ləğv edildi

Posted on 12 Fevral 202612 Fevral 2026 By admin

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

xia.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.

Belə ki, daha əvvəl “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”ya əsasən, nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və müavini var idi.

Fərmanla birinci müavin vəzifəsi ləğv edilib.

Bununla nazirin Ali Məclis sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.

Qeyd edək ki, 1 dekabr 2025-ci ildə Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun müvafiq Sərəncamı ilə Rəşadət Nabatov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini təyin edilib. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: İsmayıllıda zəlzələ oldu
Next Post: Ceyhun Bayramov İslam İnqilabının 47-ci ildönümü münasibətilə Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme