Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Bakıda “goreşən” PEYDA OLDU: Ölülərə qənim kəsildi

Posted on 12 Fevral 202612 Fevral 2026 By admin

Vəfat etmiş insanların qızıl dişlərini sökməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü elan edilib.

xia.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Yasamal qəbiristanlığında fəhlə kimi çalışan sözügedən şəxs dəfn prosesindən öncə meyitlərin üzərindəki qızıl dişləri çıxarıb götürürmüş.

Sözügedən qanunsuz əməli dəfələrlə təkrarlayan təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri üzrə mühakimə edilib. Məhkəmənin qərarı ilə ona iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Məhkəmə prosesində təqsirləndirilən şəxs irəli sürülən ittihamlar üzrə özünü təqsirli bildiyini etiraf edib və bu əməli maddi çətinliklər səbəbindən törətdiyini bildirib.

Cinayət işi çərçivəsində iki vətəndaş zərərçəkmiş qismində tanınıb. Hesablamalara görə, onlara dəymiş ümumi maddi ziyan 1 370 manat təşkil edib.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Prezident bəzi vergi işçilərini təltif etdi – SİYAHI
Next Post: Dövlət xidmətinin bəzi əməkdaşlarına medallar verildi – SƏRƏNCAM
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme