Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Naxçıvan Ali Məclisi sədrinin bəzi fərmanları ləğv edilib

Posted on 12 Fevral 202612 Fevral 2026 By admin

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərmanları ləğv edilib. 

xia.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Republikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan” Beynəlxalq Hava Limanı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 30 iyun tarixli, “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 24 dekabr tarixli, “Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 24 dekabr tarixli, Naxçıvan Muxtar Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 24 dekabr tarixli, “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2022-ci il 09 fevral tarixli, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2022-ci il 17 fevral tarixli və “Naxçıvan Muxtar Respublikasında dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin fəaliyyətinin tənzimlənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 11 may tarixli fərmanları ləğv edilib.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR
Next Post: Şəki sakini xəstəxanada öldü
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme