Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Onların müavinəti tam şəkildə ödəniləcək

Posted on 12 Fevral 202612 Fevral 2026 By admin

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği artıq tam şəkildə işçiyə ödəniləcək.

xia.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdirinin müavini Emil Əliyev DOST TV-nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği hesablandıqda əvvəl tam şəkildə işçiyə ödənilmirdi:

“Çünki burada sığorta stajı tələbi var idi. 8 il sığorta stajı olanda 60 faiz, 8 ildən 12 ilə qədər olduqda 80 faiz, 12 ildən yuxarı və müəyyən kateqoriyaya aid olan şəxslərə 100 faiz miqdarında ödənilirdi. Yeni dəyişikliyə əsasən, sığorta stajı və yaxud hər hansı statusdan asılı olmayaraq, müavinətin məbləği tam şəkildə 100 faiz şəkildə ödəniləcək”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Şagirdlərin eksternat imtahanının nəticələri açıqlanıb
Next Post: Mehdiyev işi ilə bağlı daha bir şok fakt: Kərimli hakimiyyətə gəlsəydi…
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme