Şəki sakini xəstəxanada öldü
Şəki şəhər sakini xəstəxanada ölüb.
xia.az-ın Oxu.az-a istinadən əldə etdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl yaşadığı evin hamamında yıxılıb.
O, kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, o, bu gün xəstəxanada dünyasını dəyişib.