Şirkətlər Avropadan niyə qaçırlar? – Baş nazirdən SOS

IMG_8232

“Avropa ölkələri bir çox şirkətin yerli bazarları tərk etməsi səbəbindən ciddi gərginlik və narahatlıq yaşayırlar. Dövlətlər rəqabət qabiliyyətini gücləndirməyə yönəlmiş tədbirlər görməsələr, biznes axını davam edəcək”.

24xeber.az “Postoj” nəşrinə istinadən xəbər verir ki, bu açıqlamanı Slovakiyanın Baş naziri Robert Fitso Brüsseldə keçirilən qeyri-rəsmi sammitdən sonra verib.

“Hamımıza aydındır ki, bu il və ya gələn ilin əvvəlində tədbir görməsək, getdikcə daha çox şirkətin ayrıldığını görəcəyik” – deyə, o bildirib.

Fitso bir neçə Avropa ölkəsinin hökumət başçılarının iri korporasiyaların daxili bazarlarından çıxması ilə bağlı hesabatlarını vurğulayıb və Aİ liderlərini nəhayət ki, ağıllı qərarlar verməyə, vəziyyəti soyuq başla qiymətləndirməyə çağırıb.

Daha əvvəl Slovakiya hökumətinin başçısı elektrik enerjisinin yüksək qiymətinə görə Avropa İttifaqının iqtisadi vəziyyətinin kritik olduğu bildirmişdi.

Xatırladaq ki, yanvarın 26-da Aİ Şurası Rusiyanın mayeləşdirilmiş təbii qazının idxalına 2026-cı ilin sonundan, boru kəməri qazının isə 2027-ci il sentyabrın 30-dan etibarən tam qadağa tətbiq edib.

Brüsseldə Rusiya nefti və nüvə elektrik stansiyaları, nüvə yanacağı üçün oxşar məhdudlaşdırıcı tədbirlər hazırlanır.