Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

66 yaşında yüksək vəzifəyə təyin olundu – Foto

Posted on 14 Fevral 202614 Fevral 2026 By admin

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin olunub.

xia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şahin Möhtərəm oğlu Musayev baş memar vəzifəsinə təyin olunub.

O, eyni zamanda həm Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, həm də şöbənin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri vəzifələrini də icra edəcək.

Xatırladaq ki, Ş.Musayev yeni struktur dəyişikliyindən əvvəl ləğv olunmuş Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) olub. O, II dərəcəli dövlət qulluqçusudur.

Ş.Musayev ötən ilin avqustun 15-də 65 illik yubileyi münasibətilə RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Naxçıvanda FACİƏ: Ata öldü, 5 övladı xəstəxanalıq oldu
Next Post: Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme