Bakıda tarixi hamamın divarı uçurulub

IMG_8343

Bayırşəhərdə XIX əsrə aid tarixi hamamın divarının uçurulduğu bildirilir.

xia.az “Qafqazinfo”ya isitnadla xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri paylaşım edib.

Paylaşımda qeyd olunur ki, Zülfü Adıgözəlov, 82 ünvanında yerləşən tarixi tikili uzun müddətdir baxımsız vəziyyətdədir və artıq divarının bir hissəsi uçurulub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, həmin hamam müxtəlif tikililərlə əhatələndiyinə görə indiyədək onun mövcudluğu barədə məlumat olmayıb:

“Bu səbəbdən də obyekt nə dövlət mühafizəsində olan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilmiş, nə də yeni aşkar olunmuş abidə kimi qeydə alınmışdır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olublar. Həmçinin ərazidə aparılan işlər iş icraçıları tərəfindən dayandırılıb.

Məsələ diqqətdə saxlanılır və tikilinin tarixi və memarlıq dəyərinin müəyyənləşdirilməsi üçün mütəxəssislərin iştirakı ilə araşdırmaların aparılması nəzərdə tutulur”.