İş vədi ilə tanışının külli miqdarda pulunu mənimsədi

IMG_7586

Sumqayıtda tanışına qarşı dələduzluq edən şəxs tutulub.

Oxu.Az-ın məlumatına görə, zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, münasibətləri olan insan onu işlə təmin etmək vədi verib və bu yolla onun 11 500 manat pulunu mənimsəyib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı qeyd olunan əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.