Keçmiş məhkum külli miqdarda marixuana ilə saxlanıldı

bZ3etewcvgShqFTNA36gffbwJ0OLpzkBH5WKRLpB-1200.jpg

Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlanıb.

xia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İntiqam Ağayev saxlanılıb.

Onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Keçmiş məhkum külli miqdarda marixuana ilə saxlanıldı - VİDEO