Aleksandar Vuçiç: “İlham Əliyevdən elektrik enerjisi layihəsində şəxsən iştirak etməsini xahiş etdim”
“Ən mühüm mövzulardan biri də o faktla bağlıdır ki, qarşımızda elektrik enerjisi dövrü başlayıb. Mən Prezident İlham Əliyevdən xahiş etdim ki, bu layihədə bizə yardım göstərmək üçün şəxsən iştirak etsin”.
xia.az xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında mətbuata bəyanatlarla çıxışında deyib.
“O zaman 6 saat ərzində elektrik enerjisi verilirdi, sonrakı 6 saatda enerji məhdudiyyətlərlə verilirdi. Bugünkü vəziyyətə gəldikdə, ölkəmizdə heç zaman olmadığı nizam-intizam yaranıb”, – Aleksandar Vuçiç vurğulayıb.