Əliyevlə Zelenski Münhendə bunları müzakirə edib – Us

eliyev-zelenski-munhen

Ənənəvi olaraq, son illərdə Münhen Təhlükəsizlik Konfransı əsas siyasi forumlardan birinə çevrilib. Bu il Münhendə bir çox mühüm tədbir, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilib. Bu görüşdə bir çox məsələ, iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

xia.az xəbər verir ki, bunu ukraynalı ekspert İvan Us Azərtac-a açıqlamasında deyib.

Onun sözlərinə görə, digər məsələlərlə yanaşı, bu forumda Ukrayna və Azərbaycan liderləri Rusiyanın Ukraynaya hücumları ilə bağlı məsələləri müzakirə ediblər:

“Prezident Əliyev qeyd edib ki, Azərbaycanın SOCAR şirkətinin aktivlərinə ən azı üç dəfə hücum edilib və Ukraynadakı Azərbaycan səfirliyinə ciddi ziyan dəyib. O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin digər ölkələrə də tədricən təsir etdiyini vurğulayıb. Azərbaycan həm SOCAR şirkətinin aktivləri, həm də səfirlik binasına dəyən ziyan səbəbindən çox ciddi zərər çəkib.

Bununla yanaşı, Ukrayna və Azərbaycan konfrans çərçivəsində əməkdaşlıq və yaxın gələcəkdə həyata keçiriləcək layihələrin inkişaf etdirilməsi potensialını müzakirə ediblər”.