Ukraynalı keçmiş nazir ölkədən çıxarkən saxlanıldı
Fevralın 15-də Ukraynanın keçmiş energetika naziri German Qaluşenko Polşa ilə sərhədi keçməyə cəhd edərkən saxlanılıb.
xia.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Onun qatarda saxlanıldığı bildirilir.
“Sərhəd Xidməti korrupsiyaya qarşı mübarizə qurumlarının məlumatı əsasında hərəkətə keçib. Sərhədçilər Ukrayna Milli Antikorrupsiya Bürosundan (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğundan Qaluşenko ilə bağlı rəsmi sorğu alıblar”, – məlumatda qeyd olunub.
NABU keçmiş nazirin “Midas” işi çərçivəsində saxlanıldığını təsdiqləyib.