Bərdədə ağır qəza: Ölən var

EFofxL5v2Qg0EsTo4I4EVt9k6M8poiF6oA1Lbefi-1200.jpg

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

xia.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib.

İlkin məlumata görə, “Qazel” markalı yük maşını kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Balağlan oğlu Sadıqovu vurub.

Xəsarət alan şəxs hadisə yerində həlak olub.