Gəncədə yanğın: Tüstüdən zəhərlənənlər var
Gəncədə yanğın hadisəsi baş verib.
xia.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.
Yanğın zamanı 2004-cü il təvəllüdü G.Nəbiyeva, 1989-cu il təvəllüdlü N.Mövsümov tüstüdən zəhərləniblər.
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.