Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Nazir Bakı Limanının keçmiş rəhbərinə YÜKSƏK VƏZİFƏ VERDİ

Posted on 16 Fevral 202616 Fevral 2026 By admin

Ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.

xia.az “Report”a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyinə verilib. Bundan sonra şirkət “Bakı Beynəlxalq Dəniz Limanı” MMC kimi fəaliyyət göstərməyə başlayıb.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Azərbaycan nümayəndə heyətinin delimitasiya ilə bağlı Ermənistana səfəri planlaşdırılır
Next Post: Azərbaycanda yeni iş yerləri açılacaq
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme