Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Pasiyent vəfat etdi, ailə iddia qaldırdı: Xəstəxanadan RƏSMİ REAKSİYA

Posted on 16 Fevral 202616 Fevral 2026 By admin

Ağır vəziyyətdə olan pasiyentin angioqrafiya (anju) proseduru üçün icbari tibbi sığorta çərçivəsində klinika seçimi prosesinə müdaxilə edildiyi iddia olunur.

xia.az xəbər verir ki, bu iddia sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Şikayətə görə, ailəyə seçim hüququ verilsə də, israrla “SAF Hospital”ın seçilməsi tövsiyə olunub və digər tibb müəssisəsinə yönləndirmə zamanı qeyri-rəsmi ödəniş tələbi irəli sürülüb. Pasiyent anju əməliyyatından sonra vəfat edib. Ölüm səbəbi kimi trombun damarı tutması göstərilib.

Müraciət müəllifi həkimlər arasında mümkün maraq əlaqələrinin və qeyri-rəsmi ödəniş iddialarının aidiyyəti qurumlar tərəfindən araşdırılmasını tələb edib.

Oxu.Az-ın sorğusuna cavab olaraq “SAF Hospital”dan bildirilib ki, sözügedən paylaşımda qeyd olunan iddialar həqiqəti əks etdirmir və xəstəxananın adına ləkə gətirir.

“Həmin xəstənin yaxınlarının ölüm faktı baş verdikdən sonra imzaladıqları iltizamnamədə heç bir şikayətlərinin olmadığını qeyd etmələrini xüsusilə vurğulayırıq. Pasiyent yaxınlarının bu cür emosional çıxışları icbari tibbi sığorta sisteminin səmərəli fəaliyyətinə mane olur və özəl tibb müəssisələrinin işinə kölgə salır. Xəstə yaxınlarını bu cür açıqlamalarda ehtiyatlı olmağa çağırırıq.

Eyni zamanda, həkim-ekspertiza rəyini də təqdim edirik: 04.09.1947-ci il təvəllüdlü şəxs “SAF Hospital”a İcbari Tibbi Sığorta göndərişi əsasında angioqrafiya müayinəsi üçün müraciət edib. Aparılan müayinələr zamanı ona qeyri-stabil stenokardiya və kəskin miokard infarktı diaqnozu qoyulub. Daha sonra pasiyentin ürəyinə stent yerləşdirilib və o, palataya köçürülüb. Bir neçə saat sonra xəstənin vəziyyəti ağırlaşıb. Həyata keçirilən müayinə və müalicə tədbirlərinə baxmayaraq, 11.02.2026-cı il tarixində ölüm faktı qeydə alınıb.

Qeyd etmək istərdik ki, hospitalda müayinə və əməliyyatlar İcbari Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir. Bu müayinə və əməliyyatlar dövlət tibb müəssisələrindən icbari tibbi sığorta göndərişləri əsasında baş tutur. İcbari Tibbi Sığorta Agentliyi ilə əməkdaşlıq başladığı gündən etibarən göndərişlər əsasında “SAF Hospital”da mindən artıq əməliyyat icra edilib, yüzlərlə insan ölüm təhlükəsindən xilas olunaraq ailələrinə qovuşub. Hospitalın müxtəlif şöbələrində fəaliyyət göstərən həkim heyəti peşəkar və təcrübəli mütəxəssislərdən ibarətdir”, – deyə məlumatda vurğulanıb.

Cəmiyyət, Hadisə

Yazı naviqasiyası

Previous Post: TƏBİB-in icraçı direktoru vəzifəsinə namizəd kimi göstərilən şəxs infarkt keçirdi
Next Post: Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü – Serbiya ilə dərinləşən münasibətlər
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme