Şəkidə bədbəxt hadisə
Şəkidə epilepsiya xəstəsi bədbəxt hadisə nəticəsində ölüb.
xia.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun Cəyirli kəndi ərazisində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü Abuzər Əsgərov kənd ərazisində kanala düşüb. Sakinlərin köməyi ilə o, kanaldan çıxarılsa da, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.