Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Azərbaycan neftinin 70 faizini bu ölkə alıb

Posted on 17 Fevral 202617 Fevral 2026 By admin

Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 1 milyon 847 min 915,54 ton xam neft ixrac edib.

xia.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 861 milyon 652,23 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 9,5% çox, dəyəri isə 7,6% azdır.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 69,91% olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası…
Next Post: Leyla Əliyeva Albaniyada Edi Rama ilə görüşdü
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme