Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Azərbaycanda 33 min abonent qazsız qalacaq

Posted on 18 Fevral 202618 Fevral 2026 By admin

Saat 11:00-dan etibarən işlər yekunlaşanadək Şəki şəhər ərazisi və 32 kənddə 32 525 əhali abonentin və 546 qeyri-əhali abonentin qaz təchizatının Cəfərabad Qazpaylayıcı Stansiyadan (QPS) dayandırılması planlaşdırılır.

xia.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Şəki xidmət sahəsində Qaz İxrac İdarəsi tərəfindən Cəfərabad QPS-də ölçü kameralarının baypas xətləri üzərinə əlavə kran və flyansların quraşdırılması ilə əlaqədardır.

Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Eyni zamanda Ə.Əliyev küçəsində yerləşən “Kaskad” MMC-nin qarşısından keçən 76 və 57 mm diametrlik qaz borularının yerinin dəyişdirilməsi işləri ilə əlaqədar saat 10:00-dan başlayaraq Şəki şəhərinin F.Abdurahmanov və B.Vahabzadə küçələrində yaşayan ümumilikdə 442 abonentin təbii qazla təminatında fasilə yaranacaq.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Azərbaycanda vətəndaşların bəzi sənədlərinin haqqını dövlət ödəyə bilər
Next Post: Azərbaycanlı qadın aeroportda 18 milyonluq qızılla TUTULDU
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme