Qaxın bəzi ərazilərində qaz təchizatı dayandırılıb
Zaqatala Regional Qaz İstismar İdarəsinin (RQİİ) Qax xidmət sahəsində 16:19-dan etibarən Qax ölçü qovşağının girişindən qaz təchizatı dayandırılıb.
xia.az xəbər verir ki, bu barədə Zaqatala RQİİ məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması d-273 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkarlanan güclü qaz sızması ilə əlaqədardır.
Qeyd edilib ki, təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.