Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

“Range Rover”dən 11 min manat oğurlayan “ayıq sürücü” saxlanıldı

Posted on 18 Fevral 202618 Fevral 2026 By admin

Paytaxtın Xətai rayonunda “Range Rover” markalı avtomobildən 11 000 manat oğurlanıb.

xia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə “ayıq sürücü” xidməti göstərdiyini bildirərək nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib. R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Bakıda “C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir
Next Post: Azərbaycanda vətəndaşların bəzi sənədlərinin haqqını dövlət ödəyə bilər
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme