Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Ucarda yanğın 11 kəndi qazsız qoyub

Posted on 18 Fevral 202619 Fevral 2026 By admin

Ucarda baş verən yanğın qazın təchizatında fasilə yaradıb.

xia.az APA-ya istinadən xəbər verir ki, yanğın səbəbindən 11 kənddə qaz təchizatında fasilə yaranıb.

Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən xəttin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.

Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb. Nəticədə 3049 abonentin qaz təminatında fasilə yaranıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Azərbaycanda bu idarələr də ləğv olundu
Next Post: Bu nazirlikdə yeni agentlik yaradıldı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme