Azərbaycanda qatarların yoluna tikinti daşları düzüldü:

IMG_8581

“Qatar relslərinə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox risk yaradır”.

xia.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb:

“Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır. Bu cür ərazilərdə insanların qatar yoluna çıxması olduqca təhlükəlidir. Neqativ halların baş verməməsi üçün isə maşinistlər tez-tez təcili tormozlama etməyə məcbur qalırlar. Amma bəzən toqquşmalar qaçılmaz olur. Təhlükəsizlik hər birimizin məsuliyyətidir. Yolların təhlükəsiz olması üçün qaydalara diqqət edək, ehtiyatlı davranaq”.