“BMT-nin Məskunlaşma Proqramı – “UN-Habitat” Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır”.
xia.az-ın Oxu.az-a istinadla məlumatına görə, bunu BMT-nin Asiya və Sakit Okean üzrə regional direktoru Kazuko İşigaki WUF13 ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, BMT-nin Məskunlaşma Proqramı Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasından sonra Azərbaycanda fəaliyyətini böyütməyi düşünür:
“Bizim Azərbaycanda ofisimiz var. Bu yaxınlarda Orta Asiya və Şərqi Avropa üçün regional ofis açmışıq. Bu, Azərbaycan da daxil olmaqla, Orta Asiyada mövcudluğumuzu artırmaq və gücləndirmək öhdəliyimizin açıq əlamətidir. Azərbaycan bizim üçün çox vacib bir ölkədir. Biz Azərbaycandakı iştirakımızı genişləndirəcəyik”.