Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Keçmiş baş nazirin ailəsi prokurorluqda: Ermənistanı silkələyən cinayət işi

Posted on 20 Fevral 202620 Fevral 2026 By admin

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qızı və kürəkəni Baş Prokurorluğa çağırılıblar.

xia.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq bildiriş rəsmi elanlar saytında yerləşdirilib.

Məlumata görə, Rebeka Abramyan, onun həyat yoldaşı Vladimir Tamrazyan, eləcə də ailənin bir neçə üzvü Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi İdarəsinə dəvət olunublar. Onlar bir ay müddətində icraat materialları ilə tanış olmaq, mövqelərini bildirmək və bəyannamə təqdim etmək üçün prokurorluğa gəlməlidirlər.

Xatırladaq ki, Ovik Abramyanın özünə qarşı ittiham 2023-cü ilin aprelində irəli sürülüb. İstintaqın versiyasına əsasən, o, müxtəlif dövlət vəzifələrində çalışdığı dövrdə – deputat və Ararat şəhərinin meri vəzifəsindən başlayaraq baş nazir postunadək – bağladığı sövdələşmələr nəticəsində 2008-2015-ci illərdə 230,4 milyon dram (təxminən 590 min dollar) məbləğində gəlir əldə edib.

O, xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsi (çirkli pulların yuyulması), vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

Qeyd edək ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub, 2012-2014-cü illərdə isə Milli Assambleyanın sədri vəzifəsini icra edib

Dünya

Yazı naviqasiyası

Previous Post: Fransada büdcə qalmaqalı: Senat “yox” dedi, Makron imzaladı
Next Post: Azərbaycanda ticarət mərkəzində DAVA: Həbs edilənlər var
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme