Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq
Sumqayıt şəhəri, Abşeron və paytaxtın Qaradağ rayonunun bəzi ərazilərində su kəsiləcək.
xia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb:
“Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22.02.2026-cı il tarixində saat 22:00-dan, 24.02.2026-cı il tarixində gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq. Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.
Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk”.